Slot Salahın qayıtmasını istəyir. Transfer iddiaları gündəmdə
Arne Slotdan Mo Salah açıqlaması: AFCON-dan sonra qayıtmasını istəyir.
90plus.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot Misir millisinin ulduzu Mohamed Salah ətrafında yaranan müzakirələrə aydınlıq gətirib. Niderlandlı mütəxəssis bildirib ki, futbolçu ilə bağlı klub daxilində heç bir problem yoxdur.
“Həll ediləcək heç bir problem yoxdur. Düşünürəm ki, azarkeşlərə təşəkkür etmək üçün meydanı gəzən tək oyunçu o deyildi. Mo AFCON-a gedəcək, ümid edirəm orada çox yaxşı çıxış edər. Biz isə bu müddətdə onsuz oynamaq məcburiyyətindəyik”, — deyə Arne Slot qeyd edib.
Baş məşqçidən AFCON-dan sonra Mo Salahın komandaya qayıtmasını istəyib-istəmədiyi soruşulduqda isə cavab qısa və konkret olub:
“Bəli!”
Transfer iddiaları gündəmdə
Bu arada Mo Salahın gələcəyi ilə bağlı transfer xəbərləri də aktuallığını qoruyur. Corriere dello Sport nəşrinin məlumatına görə, futbolçunun agenti A Seriyasında çıxış edən bir neçə klubla potensial transferlə bağlı danışıqlar aparıb. Lakin hazırkı mərhələdə heç bir klub Salahın yüksək maaş tələblərini qarşılaya bilmir.
Digər tərəfdən, “Qalatasaray” da Misirli ulduzun vəziyyətini yaxından izləyir. Məlumata görə, İstanbul klubu son günlərdə Salahın meneceri ilə yenidən əlaqə saxlayıb və transfer üçün təxminən 15 milyon avro təklif etməyə hazırdır.
Bundan əlavə, Səudiyyə Ərəbistanı klubları da Mo Salahın durumunu diqqətlə izləyir və mümkün fürsət yaranacağı halda hərəkətə keçə bilərlər.
AFCON-dan sonra Salahın “Liverpul”dakı gələcəyinin necə olacağı isə hələlik açıq sual olaraq qalır.
© Copyright 2026, All Rights Reserved