Sneyder: "O futbolçunun qulağından tutub üzr istədilməlidir"
UEFA Avropa Liqasında keçirilən “Qo Ehed İqls” – “Ştutqart” qarşılaşmasında Hollandiya klubunun hücumçusu Viktor Edvardsenin provokasiyası matça damğa vurdu.
90plus.az xəbər verir ki, 71-ci dəqiqədə oyuna daxil olan Edvardsen 74-cü dəqiqədə "Ştutqart"ın yarımmüdafiəçisi Angelo Stillerin burnu ilə "məzələndi". Hadisə meydanda gərginlik yaratdı, Alman komandasının oyunçuları dərhal reaksiya göstərdi və Edvardsen sarı kartla cəzalandırıldı. Lakin bu hadisənin müzakirələri oyundan sonra da davam etdi.
Hollandiyalı əfsanə Uesley Sneyder hadisəyə belə münasibət bildirib:
“Bu tərbiyəsizlikdir. Tərbiyəsizliyin nələrə yol aça biləcəyini bilirik, həyatdakı nümunələrini gördük. Bu, çox ciddi bir vəziyyətdir. Viktor Edvardsen üzr istəməlidir. "Qo Ehed İqls" klubu olaraq bu gənci tutub "Ştutqart" soyunma otağına aparmalı və üzrünü etdirməlidirlər. Bir oyunçu olaraq rol model olmalısınız. Məncə, ağlı yerində deyil.”
Matçın qalibi isə 4-0 hesabı ilə "Ştutqart" oldu.
© Copyright 2026, All Rights Reserved