Soboslay: “Belə getsək, Konfrans Liqasına düşəcəyik”
“Bu, çox böyük məyusluqdur”, – “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai formadan düşmüş “Tottenhem”lə 1:1 hesablı heç-heçədən sonra “Sky Sports”a bildirib.
90plus.az xəbər verir ki, 4 qolla “Liverpul”un 1 Premyer Liqa mövsümündə ən çox cərimə zərbəsindən qol vurmuş futbolçusu olan Soboslay üzgünlüyünü belə ifadə edib:
“Bilmirəm nə baş verdi, deyəcək sözüm yoxdur. Yenə son dəqiqədə… Bu mövsüm artıq neçə dəfə belə olub, bilmirəm. Ayılmalıyıq.
Özümü boş hiss edirəm. Ayılmalıyıq, çünki belə davam etsək, Konfrans Liqası ilə kifayətlənməli olacağıq. Bunun niyə baş verdiyini bilmirəm, həqiqətən bilmirəm.
Düşünürəm ki, birinci hissədə çox yaxşı oynadıq, oyuna tam nəzarət edirdik və onların bir-iki baş zərbəsindən başqa demək olar ki, şansı olmadı. İkinci hissədə isə eyni şeyi edə bilmədik.
Bir yerə yığışıb danışacağıq. Bu, ən çətin dövrdür, amma birlikdə qalmalıyıq”.
“Azarkeşlərin fit səslərini eşitmədim, amma onları başa düşürük. Lazım olduğu kimi çıxış etmirik. Onlar bizim arxamızda durmalıdırlar, çünki keçən mövsüm çempion olanda – mövsümün bitməsinə dörd tur qalmış – hamı xoşbəxt idi. Çətin zamanda da bizi dəstəkləməlidirlər.
Hələ istəyimizi göstərmək üçün vaxt var. Birlikdə qalmalı və klub üçün mübarizə aparmalıyıq”.
Soboslay bu oyunda da “Liverpul”un qolunu vurub və bu mövsüm Premyer Liqada dördüncü dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib. Lakin “qırmızılar” hesab üstünlüyünü qoruya bilməyib və 90-cı dəqiqədə qol buraxaraq qələbəni əldən veriblər.
© Copyright 2026, All Rights Reserved