SON DƏQİQƏ! Sadettin Saran sərbəst buraxıldı
Sadettin Saran ədliyyə nəzarəti şərti ilə sərbəst buraxıldı!
90plus.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan məşhurlara yönəlmiş narkotik araşdırması çərçivəsində saxlanılan "Fənərbağça" klubunun prezidenti Sadettin Saran ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Araşdırmalar zamanı Saranın saç nümunəsində kokain testi pozitiv çıxıb. Bununla əlaqədar Saran “narkotik maddə təmin etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə” ittihamları ilə saxlanıb.
Çağlayan Məhkəməsinə gətirilən Saran təxminən iki saat ifadə verib. Məhkəmə onun həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri imza atmaq şərti ilə ədliyyə nəzarəti altında sərbəst buraxılmasına qərar verib.
Ədliyyə nəzarəti şəxsin həbs edilmədən qanuni qaydalar çərçivəsində nəzarət altında qalmasını təmin edən hüquqi tədbirdir. Bu müddətdə şəxs məhkəmə və hüquq-mühafizə orqanlarına məlumat verməli və müəyyən qaydalara əməl etməlidir.
Saxlanma zamanı Saranın yanında "Fənərbağça" İdarə Heyətinin üzvü Ertan Torunoğulları və bir sıra azarkeşlər İstanbul Ədliyyə Sarayına dəstək üçün gəliblər.
Klub rəhbərliyi Saranın qanuni prosesə riayət etdiyini vurğulayıb, araşdırmanın isə hələ də davam etdiyi bildirilib.
© Copyright 2026, All Rights Reserved