SON DƏQİQƏ! Sadəttin Saran tutuldu! Test pozitiv çıxdı
Sadəttin Saran narkotiklə bağlı iddialarla saxlanılıb – tərəflərdən açıqlamalar var.
90plus.az xəbər verir ki, Türkiyə mediasının yaydığı xəbərlərə görə, iş adamı və “Fənərbağça” klubunun prezidenti Sadəttin Saran narkotiklə bağlı aparılan istintaq çərçivəsində gözaltına alınıb. Məlumatlar rəsmi qurumların açıqlamalarına və yerli KİV-lərə istinadən təqdim olunur.
CNN Türk-in bildirdiyinə görə, istintaq zamanı əlavə sübutların əldə olunmasından sonra Sadəttin Saran barəsində aşağıdakı ittihamlar irəli sürülüb:
Labaratoriya analizlərinin nəticəsi müsbət çıxıb.
Sadəttin Saran isə yayılan iddiaları qəti şəkildə təkzib edib. Onun sözlərinə görə:
“Övladım ölsün ki, mən narkotil istifafə etməmişəm.”
Məsələ ilə bağlı “Fənərbağça”nın sabiq prezidenti Ali Koç da açıqlama verib. O, Saran-a dəstək çağırışı edərək bildirib:
“Belə bir vəziyyətdə mən prezidentliyi belə düşünmərəm. Hörmətli Sadəttin Saranın arxasında duraq, onu dəstəkləyək. Kimsədən ara qatan söz eşitmək istəmirəm. Hamı bu prosesdə Sadəttin Saranın yanında olsun.”
Qeyd: Hazırda məsələ ilə bağlı rəsmi istintaq davam edir. Hüquq-mühafizə orqanları tərəfindən yekun qərar verilməyib. Sadəttin Saran barəsində yayılan məlumatlar iddia xarakteri daşıyır və məhkəmə hökmü olmadan onun təqsirli hesab edilməsi doğru deyil.
Mövzu ilə bağlı yeni məlumatlar əldə edildikcə, 90plus.az oxucularını məlumatlandıracaq.
© Copyright 2026, All Rights Reserved