Son Hın Min “Los Anceles” yolçusudur

The Athletic nəşrinin məlumatına görə, “Los-Anceles FK” “Tottenhem”in hücumçusu Son Hın Minin transferi üçün səylərini gücləndirib.
90plus.az xəbər verir ki, MLS-in yay transfer pəncərəsinin ikinci mərhələsinin 24 iyulda açılmasından öncə danışıqlar davam edir və ABŞ klubu “Tottenhem”in kapitanını razı salmaqda hələ də ümidlidir.
33 yaşlı Cənubi Koreya hücumçusunun, məşqlərdə yüksək səviyyəli yanaşma sərgiləməsinə baxmayaraq, “Tottenhem”in yeni baş məşqçisi Tomas Frankın uzunmüddətli planlarında əsas fiqur olmadığı düşünülür.
Los Ancelesdə ABŞ-dakı ən böyük koreyalı icmanın yaşaması səbəbindən Sonun kommersiya baxımından cazibəsi də xüsusi vurğulanır. Əgər transfer baş tutsa, bu, MLS tarixinin ən səs-küylü keçidlərindən biri ola bilər.
Lakin eyni zamanda, futbolçunun “Tottenhem”in Asiya üzrə hazırlıq turundan əvvəl klubu tərk etməsi real görünmür. Komandanın 3 avqustda Seulda “Nyukasl”la yoldaşlıq oyunu keçirəcəyi gözlənilir və daha öncə yayılan məlumatlara görə, Sonun bu matçda iştirakı klubun iştirak haqqının 75 faizinə başa gəlir. Yəni Sonun olmaması ciddi maliyyə itkisinə səbəb ola bilər.
Qeyd: Keçid reallaşarsa, Son MLS-dəki “Los-Anceles FK” klubunda 2024-cü ildən bu yana çıxış edən sabiq komanda yoldaşı Uqo Lyoris ilə yenidən birləşəcək.
© Copyright 2025, All Rights Reserved