Son Hın Min MLS-də het-trik etdi

Son Hın Min MLS-də ilk het-trikini rəsmiləşdirdi – “Los Anceles” səfərdə inamlı qələbə qazandı.
90plus.az xəbər verir ki, Cənubi Koreya ulduzu Son Hın Min ABŞ-da karyerasına parlaq start verib. Yay transfer pəncərəsində “Tottenhem”dən “Los-Anceles"ə keçən 32 yaşlı hücumçu MLS-dəki ilk het-trikini gerçəkləşdirib.
Sonun dublu və sonradan vurduğu üçüncü qolu sayəsində “LAFK” səfərdə “Real Solt Leyk” üzərində 4:1 hesablı qələbə qazanıb. Oyunun start fitindən cəmi 3 dəqiqə sonra hesabı açan forvard 16-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə fərqi artırıb. O, 82-ci dəqiqədə üçüncü qolunu vuraraq het-triki tamamlayıb.
Cəmi 6 oyun keçirən Son artıq 5 qol və 1 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib. Oyunsonrası açıqlamasında ulduz futbolçu təvazökar danışıb:
“Qol vurum ya vurmayım, fərqi yoxdur, bu klubda oynamaqdan və belə nəticələrdən zövq alıram. Hələ də uyğunlaşma mərhələsindəyəm, amma daha yaxşı oynaya biləcəyimə əminəm”.
Qələbə “LAFK”i qərb konfransında “Sietl Saunders”i geridə qoyaraq ilk “dördlüy”ə daşıyıb. Komandanın ulduz hücumçusu Denis Buanqa da Sonla tandemindən razılığını ifadə edib:
“Sonni ilə tərəfdaşlığımız çox yaxşıdır. Onun varlığı bizə meydanda daha çox imkan və boşluq açır”.
“LAFK” növbəti turda yenidən “Real Solt Leyk”lə qarşılaşacaq. Görüş bazar günü baş tutacaq.
© Copyright 2025, All Rights Reserved