Son Hın-min MLS klubunda

“Tottenhem”i tərk edən Son Hın-minin yeni ünvanı MLS klubu olacaq.
90plus.az xəbər verir ki, “Tottenhem”in kapitanı Son Hın-min karyerasını ABŞ-da davam etdirəcək. Fabrizio Romanonun məlumatına görə, cənubi koreyalı ulduz “Los-Anceles” FK klubuna transfer olunmağa hazırdır.
Romano tvitterdə belə yazıb:
“Son Hın-min LAFC-yə — gəlin, getdik!" Tərəflər arasında şifahi razılaşma əldə olunub.
Son MLS-ə keçidini başa çatdırmaq üzrədir. “Tottenhem” bu transferdən 15 milyon avrodan çox gəlir əldə edəcək.
O, sənədləşmə işləri tamamlansın deyə, komanda ilə birlikdə İngiltərəyə qayıtmayıb.”
📌 10 il ərzində “Tottenhem”in əsas simalarından birinə çevrilən Son Hın-min kluba vida etməzdən əvvəl son mövsümündə Avropa Liqasının qalibi olub.
Bu transferlə Son həm Premyer Liqa karyerasına nöqtə qoyur, həm də MLS-də yeni mərhələyə yelkən açır.
© Copyright 2025, All Rights Reserved