Son Hın-min "Tottenham"dən ayrıldı

Cənubi Koreyalı hücumçu Son Hın-min son 10 ildir, formasını geyindiyi "Tottenhem"lə vidalaşıb.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri – "Tottenhem" və "Nyukasl Yunayted" Cənubi Koreyada keçirilən yoxlama oyununda üz-üzə gəliblər. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın 65-ci dəqiqəsində əvəzlənən Son Hın-min meydanı tərk edərkən "Tottenhem" azarkeşlərinə vida jesti edib. O, qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında klubdan ayrılacağını açıqlamışdı.
2015-ci ildə İngiltərə klubuna transfer olunan 33 yaşlı futbolçu "Tottenhem"in heyətində 454 oyunda çıxış edib, 173 qol vurub və 101 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved