Şotlandiya derbisində mövzu penalti oldu - Derbidə sülh
90plus.az xəbər verir ki, Şotlandiya Premyer Liqasının 29-cu turunda “Old Firm” derbisində "Reyncers" doğma meydanda "Seltik" ilə üz-üzə gəldi. “Aybroks Park” stadionunda keçirilən gərgin qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatdı.
“Reyncers” oyuna sürətli başladı. Meydan sahibləri 8 və 26-cı dəqiqələrdə Tunis əsilli portuqaliyalı hücumçu Yusif Şermitinin qolları ilə hesabda 2:0 önə keçdi.
İkinci hissədə “Seltik” fərqi azaltmağı bacardı. 56-cı dəqiqədə Kiran Tirninin qolu ilə hesab 2:1 oldu və qonaqlar ümidlərini artırdı.
Oyunun ən dramatik anı isə 90-cı dəqiqədə yaşandı. “Seltik” penalti qazandı. Reo Hatatenin zərbəsini qapıçı Cek Batlend dəf etdi. Qayıdan topa yenə Hatate zərbə endirsə də, Batlend bir daha komandasını xilas etdi. Lakin epizod bununla bitmədi – yapon futbolçu boş qalan topu üçüncü cəhdində qapıdan keçirərək hesabı bərabərləşdirdi – 2:2.
Bu nəticədən sonra “Reyncers” xalını 57-yə çatdıraraq 2-ci pillədəki mövqeyini qorudu. 55 xalı olan “Seltik” isə 3-cü sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved