Spaletti “Yuventus”la sözləşdi! RƏSMİ
“Yuventus” Spalletti ilə yeni müqavilə imzaladı.
90plus.az xəbər verir ki, “Yuventus”un baş məşqçisi Luçano Spalletti klubla əməkdaşlığını davam etdirəcək.
Turin təmsilçisi italiyalı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib. 67 yaşlı məşqçi ilə sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Klub rəhbərliyi Spalletti ilə davam etməkdə israrlı olub və onun komandaya qısa müddətdə verdiyi töhfəni yüksək qiymətləndirib. “Yuventus”un baş icraçı direktoru Damyen Komolli məşqçinin gəlişindən sonra komandanın və klub mühitinin müsbət istiqamətdə dəyişdiyini vurğulayıb.
Qeyd: Spalletti ötən ilin oktyabrında İqor Tudorun istefasından sonra Turin klubuna qısamüddətli müqavilə ilə təyin olunmuşdu. Yeni razılaşma onun gələcəyini uzunmüddətli perspektivdə təmin edir.
Təcrübəli mütəxəssisin adı son günlər İtaliya millisi ilə də hallanırdı. Cennaro Qattuzonun istefasından sonra boş qalan posta əsas namizədlərdən biri kimi göstərilən Spalletti yeni müqavilə ilə bu ehtimalları da aradan qaldırıb.
Xatırlatma: Spalletti 2023-cü ildə “Napoli” ilə 33 ildən sonra A Seriyası çempionluğunu qazanıb. Daha sonra İtaliya millisinin baş məşqçisi olub, lakin komanda AVRO-2024-də 1/8 finalda mübarizəni dayandırıb və 2025-ci ilin iyununda vəzifəsindən ayrılıb.
Hazırda “Yuventus” A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.
© Copyright 2026, All Rights Reserved