"Spartak" "Beşiktaş"ın futbolçusunu transfer etdi

Moskvanın "Spartak" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeşi heyətinə qatdığını rəsmən elan edib.
90plus.az xəbər verir ki, Rusiya Premyer Liqasının təmsilçisi futbolçu ilə 2029-cu ilə kimi müqavilə bağlayıb. Jedson yeni komandasında 83 nömrəli forma ilə çıxış edəcək.
"Beşiktaş"ın baş məşqçisi Eduard Qraf bu transferin dəyərinin 27 milyon avro olduğunu açıqlayıb.
© Copyright 2025, All Rights Reserved