"Spörs"ü 11 oyundan sonra dayandıran tapıldı
90plus.az xəbər verir ki, (NBA) "Nyu-York Niks" doğma azarkeşləri önündə "San Antonio Spörs"ü 114:89 hesabı ilə məğlub edərək rəqibin 11 oyunluq qələbə seriyasına son qoyub.
Madison Square Garden arenasında keçirilən qarşılaşmada meydan sahibləri üstün oyun nümayiş etdiriblər.
"Nyu-York Niks"də Maykl Brics 25, Jalen Branson isə 24 xalla qələbənin əsas memarları olublar.
Karl-Anthony Touns 12 xal və 14 ribaund, Josh Hart isə 10 xal və 10 ribaundla komandaya mühüm töhfə verib.
Bir ay ərzində azı 10 oyun keçirib hamısını qazanan və hər matçda ən azı 110 xal toplayan NBA tarixində ilk komanda olan "San Antonio Spörs" mart ayına məğlubiyyətlə start verib.
Qonaq komandada Victor Vembanyama 25 xal, 13 ribaund və 4 blokla fərqlənib. Devin Vassell 18, Stephon Castle isə 13 xal toplayıb.
Digər oyunda "Los-Anceles Leykers" öz meydanında "Sakramento Kinqs" üzərində 128:104 hesablı inamlı qələbə qazanıb.
"Leykers"də Luka Dončić 28 xal, 9 assist və 5 ribaund, LeBron James isə 24 xal və 5 assistlə komandasını irəli aparıb. Austin Reaves və Deandre Ayton hərəyə 12 xal qeyd ediblər.
"Sakramento Kinqs"də isə Nique Clifford 26 xal və 7 ribaund, Maxime Raynaud 16 xal və 13 ribaund, Russell Westbrook isə 14 xalla yadda qalıb.
© Copyright 2026, All Rights Reserved