"Sportinq"in ulduzu “Man Yunayted”i rədd etdi

"Sportinq"in isveçli hücumçusu Viktor Gyökeresin "Arsenal"la aparılan danışıqlarının uzanmasından sonra İngiltərənin başqa bir nəhəngi – "Mançester Yunayted"in təklifi gündəmə gəlib.
90plus.az xəbər verir ki, futbolçu bu təklifə isti yanaşmayıb.
Məşhur italyan jurnalist Fabritsio Romano bildirir ki, yay transfer dönəminin 1 sentyabrda başa çatmasından əvvəl heyətinə yeni "9 nömrə"ni qatmaq istəyən "Mançester Yunayted"ə "Sportinq" tərəfindən Viktor Gyökeresi transfer etmək üçün bir şans daha verilib.
Lakin hücumçu bu fürsətdən yararlanmaq istəməyib. O, "Arsenal"a keçməyə daha çox maraq göstərdiyini açıq şəkildə bəyan edib və buna görə də "Mançester Yunayted"ə keçid ehtimalını kənara qoyub.
"Sportinq"lə "Arsenal" arasında aparılan danışıqlarda əsas problem 70 milyon avroluq transfer məbləğinin ödəniş şərtləri ilə bağlı yaranıb. Portuqaliya təmsilçisi bütün məbləğin birdəfəlik ödənilməsini istəyir, "Arsenal" isə ilkin mərhələdə 63,5 milyon avro təklif edir, qalan məbləği isə bonuslar şəklində ödəməyi planlaşdırır.
© Copyright 2025, All Rights Reserved