Sərdar Azmun əmlakı müsadirə olunacaqlar siyahısında
Sərdar Azmunun adı İranda əmlakı müsadirə olunacaq adamlar siyahısındadır.
90plus.az xəbər verir ki, İran millisinin və BƏƏ-nin “Şabab Əl-Əhli” klubunun hücumçusu Sərdar Azmun ciddi ittihamla gündəmə gəlib.
Məlumata görə, 31 yaşlı futbolçu İranda əmlakı müsadirə olunacaq 16 nəfərlik siyahıya daxil edilib. O, rəsmi qurumlar tərəfindən “düşmənlə əməkdaşlıq etmək”də ittiham olunur.
Bildirilir ki, hazırda ölkə xaricində yaşayan həmin şəxslərin əmlakları müəyyənləşdirilir və yaxın vaxtlarda müsadirə prosesi həyata keçiriləcək.
Qeyd: Sərdar Azmun İran millisində 91 oyuna çıxaraq 57 qol vurub. Təcrübəli hücumçu 2024-cü ilin yayından etibarən karyerasını Birləşmiş Ərəb Əmirliklərində, “Şabab Əl-Əhli” klubunda davam etdirir.
© Copyright 2026, All Rights Reserved