Əşrəf Hakimi kubokdan imtina etdi
Mərakeş millisinin kapitanı Əşrəf Hakimi sonradan komandaya verilən Afrika Millətlər Kubokundan imtina edib.
90plus.az xəbər verir ki, Hakimi qərarını belə açıqlayıb:
“Anam mənə dedi ki, kubokdan imtina edim. Rəsmi olaraq kubokdan imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni şeyi edəcəklər. Qalib gəlmək şansımız var idi, amma bunu əldən verdik”
PSJ-nin futbolçusunun sözlərinə görə, Seneqal Mərakeşi ədalətli şəkildə udub:
“Bu, futboldur — bəzən qalib gəlirsən, bəzən uduzursan. Onların zəhmətinə hörmətsizlik etmək olmaz. CAF-ın qərarına hörmət edirəm, amma rəsmi olaraq kubokdan imtina edirəm. 2025-ci il Afrika Millətlər Kubokunu qazanmadım. Bir daha Seneqalı təbrik edirəm.”
© Copyright 2026, All Rights Reserved