Stefen Körri "All-Star"dan çıxarıldı - Yerinə o təyin edildi
Brendn Inqram Stefen Körrinin yerini "NBA All-Star"da alacaq.
90plus.az xəbər verir ki, "Toronto Reptors"un forvardı Brendn Inqram zədələndiyi üçün iştirak edə bilməyən "Qolden Steyt Voriors"un oyunçusu Stefen Körrinin yerinə 2026 "NBA All-Star" oyununda ABŞ komandasında oynayacaq.
NBA rəhbərliyi açıqlamasında bildirdi ki, NBA prezidenti Adam Silver Inqramı "All-Star" heyətinə alıb. Bu, 28 yaşlı basketbolçu üçün karyerasında ikinci dəfə "All-Star" seçilməsi deməkdir.
Bu mövsüm NBA-də 52 oyuna çıxan Brendn Inqram orta hesabla 22 xal, 5,8 ribauntd və 3,7 assist ilə komandasına böyük töhfə verib.
Bu il "All-Star" oyunu 13–15 fevral tarixlərində, "Los Anceles Klipers"in evindəki Intuit Home arenasında, yeni formatla keçiriləcək.
© Copyright 2026, All Rights Reserved