Sterlinq transferində "Qarabağ"a rəqib var, özü də Türkiyədən...
Rahim Sterlinq “Samsunspor”la danışıqlara başladı – Super Liqada karyerasını davam etdirə bilər.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının “Çelsi” klubuyla müqaviləsini ləğv edən və bir müddətdir adı "Qarabağ"la anılan Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Məlumata görə, “Samsunspor” azad oyunçu statusunda olan 31 yaşlı hücumçu ilə danışıqlara başlayıb.
Ajanssporun xəbərinə görə, Qara Dəniz təmsilçisi Sterlinqin meneceri ilə əlaqə saxlayıb. İngilis futbolçunun Super Liqaya keçməsi artıq gündəmdədir.
"Qarabağ" da "elçi düşüb"
Azərbaycan mediasında yazılan xəbərlərə əsasən, artıq "Qarabağ" rəsmiləri Londonda Sterlinqlə görüşmə təşkil ediblər. Transferin olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək.
Futbola İngiltərədə “Kvins Park Reyncers”in (Queens Park Rangers) akademiyasında başlayan Rahim Sterlinq “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” formalarını geyib. Futbolçu karyerası boyunca 599 oyunda meydana çıxaraq 182 qol vurub və 133 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved