Səudiyyə Ərəbistanı Vinisiusa misli görünməmiş təklif edir

Səudiyyə Ərəbistanı “Real Madrid” ulduzu üçün bankı "yarmağa" hazırdır.
90plus.az xəbər verir ki, Vinisius Juniorun gələcəyi “Madrid”dən çox uzaqlarda davam edə bilər. Cadena SER-in məlumatına görə, braziliyalı vinger 2025/26 mövsümünün sonunda “Real Madrid”i tərk etməyi düşünür. Artıq iki ildir ki, körfəz klublarının maraq dairəsində olan “Kral klubu”nun 7 nömrəsi hazırda Səudiyyə Ərəbistanından rekord təklifin mərkəzindədir. Bildirilir ki, ərəb klubları 250 milyon avronu aşan təklif hazırlayır — bu isə futbol tarixində görünməmiş məbləğ ola bilər.
2024-cü ilin yayında Kilian Mbappenin gəlişindən sonra komandada “ikinci ulduz” statusuna keçən Vinisius Səudiyyə klublarının maliyyə gücünü nümayiş etdirən bu cür astronomik müqavilə ilə cazibəyə düşə bilər. Daha əvvəl Kriştiano Ronaldo və Riyad Mahrez kimi adların Səudiyyə Ərəbistanına transferləri bu gücü sübut etmişdi.
Əgər bu transfer reallaşarsa, bu, dünya futbol bazarını sarsıdacaq və “Real Madrid”i layihəsini Mbappe–Bellingem dueti üzərində yenidən qurmağa məcbur edəcək.
© Copyright 2025, All Rights Reserved