"Sumqayıt" yapon futbolçu aldı

2025/26 mövsümünə hazırlaşan "Sumqayıt" FK heyətini daha bir futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, klubun rəsmi mətbuat xidməti məlumat verib ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirən sabiq yarımmüdafiəçisi Masaki Murata ilə 2 illik müqavilə bağlayıb. Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formanı geyinəcək.
Xatırlatma: Masaki Murata 2022/23 mövsümünün ikinci yarısında və 2023/24 mövsümündə "Sumqayıt"ın şərəfini qoruyaraq ümumilikdə 54 qarşılaşmada iştirak edib. O, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved