Superkubok: “Barselona” finala keçdi
Kubokun hazırkı sahibi olan “Barselona” Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun yarımfinalında “Atletik Klub”u darmadağın edərək finala yüksəlib.
90plus.az xəbər verir ki, 15 qat turnir qalibi olan katalonlar ilk hissədə cəmi 16 dəqiqə ərzində dörd qol vuraraq oyunun taleyini fasiləyə qədər həll ediblər. Bununla da “Barselona” İspaniya Superkubokunun yarımfinalında ilk hissədə dörd qol vuran tarixdə ilk komanda olub:
Barselona 5 - 0 Atletik
F. Torres 22’
F. Lopes 30’
R. Bardji 34’
Rafinya 38’ 52’
Qollar:
https://t.me/doxsanplus/113118
https://t.me/doxsanplus/113119
“Barselona” oyuna tam nəzarəti saxlayaraq bütün turnirlərdə ardıcıl doqquzuncu qələbəsini qazanıb. Hansi Flikin komandası finalda “Atletiko Madrid” – “Real Madrid” cütünün qalibi ilə qarşılaşacaq.
ℹ️ Final oyunu bazar günü Ciddədə keçiriləcək.
Qeyd: Səudiyyə Ərəbistanı ilə İspaniya Futbol Federasiyası turnirin ölkədə keçirilməsi ilə bağlı müqaviləni 2029-cu ilə qədər uzadıblar.
© Copyright 2026, All Rights Reserved