Taekvandoda 1 qızıl medal

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunlarının taekvondo yarışlarına yekun vurulub.
90plus.az xəbər verir ki, təmsilçilərimizdən Vasif Səlimov (68 kq) qızıl, Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) bürünc medal qazanıblar.
© Copyright 2025, All Rights Reserved