Tanınmış fransalı hücumçu Türkiyə klubunda

Ben Yedder “Sakaryaspor”da!
90plus.az xəbər verir ki, “Sevilya” və “Monako”da çıxışları ilə tanınan fransalı hücumçu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək. 35 yaşlı forvard 1-ci Liqa təmsilçisi “Sakaryaspor”la rəsmi müqavilə imzalayıb.
Təcrübəli hücumçunun transferi ilə bağlı klub rəsmi açıqlama yayıb. Bu addım “Sakaryaspor”un yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək planlarının bir hissəsi kimi dəyərləndirilir.
Lakin Ben Yedderin son illərdəki şəxsi həyatı qalmaqallarla gündəmə gəlib. Ötən həftə məhkəmə onu keçmiş həyat yoldaşına qarşı psixoloji zorakılıqda günahkar sayaraq 30 min avrodan çox təzminat ödəməyə məcbur edib. Bundan əlavə, futbolçu 2024-cü ilin noyabrında cinsi zorakılıqda ittiham olunaraq 2 il şərti həbs cəzası almışdı.
Fransalı hücumçu hazırda Türkiyədə yeni başlanğıc etməyə çalışacaq.
© Copyright 2025, All Rights Reserved