Tayson Fyurinin rəqibi Mahmudov oldu
Keçmiş ağır çəki üzrə dünya çempionu Tayson Fyuri karyerasını bərpa edir. İngilis boksçu 11 aprel tarixində İngiltərədə rusiyalı rəqibi Arslanbek Mahmudov ilə rinqə çıxacaq.
90plus.az xəbər verir ki, Netflix platformasında yayımlanacaq bu qarşılaşma, Tayson Fyuri üçün dekabr 2024-cü ildə birləşmiş dünya çempionu Oleksandr Usık ilə keçirdiyi və məğlub olduğu revanş döyüşündən sonra ilk görüş olacaq.
37 yaşlı boksçu həmin məğlubiyyətdən bir ay sonra karyerasını başa vurduğunu açıqlamışdı. Lakin bu ayın əvvəlində rəsmi olaraq yenidən rinqə qayıdacağını bildirdi.
Əfsanəvi boksçu açıqlamasında bunları deyib:
“Geri döndüyüm üçün çox həyəcanlıyam. Boks hər zaman ürəklə görülən bir idman olub və belə də qalacaq. Gedin krala deyin ki, geri döndü.”
36 yaşlı Arslanbek Mahmudov karyerasında keçirdiyi 23 döyüşün 21-də qalib gəlib. O, son döyüşündə — oktyabr ayında — ingilis boksçu Deyv Allen üzərində qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved