Təbriz klubu liderliyini saxladı

“Traktor Təbriz” qolsuz bərabərə qaldı, liderliyini qorudu.
90plus.az xəbər verir ki, İran çempionatında 5-ci turun oyunu çərçivəsində “Traktor Təbriz” doğma meydanda “Fəcr”lə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qolsuz bərabərə baxmayaraq, Təbriz təmsilçisi aktivinə daha bir xal yazdıraraq turnir cədvəlində liderliyini davam etdirib.
“Traktor” mövsümə uğurlu start verərək ilk 5 turdan sonra zirvədə yer alıb və azarkeşlərini sevindirməkdə davam edir.
© Copyright 2025, All Rights Reserved