Tebas: “Premyer Liqa qiymətləri yersiz şişirdir”

Xavyer Tebas: “Premyer Liqa qiymətləri süni şəkildə şişirdir”.
90plus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasını sərt tənqid edib. Onun sözlərinə görə, İngiltərə klubları futbol bazarında qiymətləri süni şəkildə artırır.
Tebas vurğulayıb ki, son 15 ildə “Qızıl top” mükafatının 12 qalibi La Liqada çıxış edən futbolçular olub:
“Premyer Liqa futbolda qiymətləri süni şəkildə şişirdir. Amma son 15 ildə 12 dəfə ‘Qızıl top’un qalibi La Liqada oynayan futbolçu olub. İngiltərə nəzarəti artırmalıdır, hər il 1 milyard funt sterlinq itirmək olmaz”.
Məlumatı Football Espana yayıb.
© Copyright 2025, All Rights Reserved