Tedesko məğlubiyyətin səbəblərini dedi

Domeniko Tedesko: “Əsas problem ikili mübarizələr və ikinci toplardır”.
90plus.az xəbər verir ki, “Fənərbağça” Avropa Liqasının Liqa mərhələsində səfərdə Xorvatiyanın “Dinamo Zaqreb” klubuna 1:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Domeniko Tedesko matçla bağlı fikirlərini bölüşüb:
🔊 “Əvvəlcə haradan gəldiyimizə baxmaq lazımdır. Son oyunlarda yaxşı deyildik. Məğlub olmaq canımızı yandırsa da, yalnız nəticəyə baxmırıq. Bu gün əvvəlki oyunlara nisbətən topa daha çox sahib olduq, kontrataklardan çox zərər görmədik, top itkisini azaltdıq, pressinqin intensivliyi də yaxşı idi.
Həm Marko, həm də Nelson topa nəzarət etməyimizə kömək etdi. Amma problem fərqli idi — qolları necə buraxmağımız. Daha yaxşı müdafiə etməliyik. Üçüncü qolda zərbənin qarşısını almalıyıq. İkili mübarizələri və ikinci topları qazanmaq problemimiz isə hələ də davam edir. Çoxlu mübarizə uduzuruq, ikinci topları qazana bilmirik. Mənim üçün əsas məsələ budur”.
Alman mütəxəssis komandanın konsentrasiya problemi olduğunu isə qəbul etməyib:
🔊 “Çox istədilər, əllərindən gələni etdilər, amma alınmadı”.
Tedesko rəhbərliyi altında “Fənərbağça”:
“Dinamo Zaqreb 3-1 Fənərbağça”
Beljo 21' 50'
Şmanski 25'
Bakrar 90+
© Copyright 2025, All Rights Reserved