Ten Haq Qranit Cakanı heç kimə verməyəcək!

Baş məşqçi Erik ten Haq bildirib ki, “Sanderlend”in hədəfində olan Qranit Caka bu yay “Bayer Leverkuzen”dən ayrılmayacaq.
90plus.az xəbər verir ki, 32 yaşlı sabiq “Arsenal” yarımmüdafiəçisinin agenti çərşənbə axşamı Almaniya mediasına açıqlamasında onun Premyer Liqaya yeni yüksəlmiş klubu ilə şəxsi razılıq əldə etdiyini və İngiltərəyə qayıtmaq istədiyini bildirmişdi.
Lakin “Leverkuzen” artıq Florian Virtsi və Jeremi Frimponqu “Liverpul”a, Conatan Tahı isə “Bayern Münhen”ə satdıqdan sonra daha çox oyunçu itirmək istəmir.
“Agent istədiyi qədər danışa bilər. Amma bu klub artıq üç vacib futbolçusunu itirib”, – deyə Ten Haq bildirib.
“Daha heç bir oyunçunun gedişinə icazə verməyəcəyik, bu mümkün deyil. Bu, həm komandanın strukturuna, həm də kollektivin mədəniyyətinə zidd olar.
Məsələ tam aydındır – Qranit liderdir, o, bu kluba 5 illik müqavilə ilə qoşulub və hələ 3 ili qalır. O, bizim üçün çox önəmlidir, ona görə buraxıla bilməz.”
Qranit Xaka üçün ən konkret təklifləri "Fənərbağça" və "Sanderlend" edib.
“Leverkuzen” isə bu təklifləri rədd etdi.
İsveçrə millisinin üzvü 2023-cü ildə “Arsenal”dan ayrılaraq “Leverkuzen”ə keçmişdi. O, ilk mövsümündə Xabi Alonsonun rəhbərliyi ilə komandaya həm Bundesliqada, həm də Almaniya Kubokunda çempionluq qazandırmış, Avropa Liqasının finalında isə “Atalanta”ya məğlub olmuşdu.
Qranit Cakanın 2023-cü ildə imzaladığı 5 illik müqavilənin başa çatmasına hələ 3 il qalır.
Xatırlatma: Erik ten Haq 2024-cü ilin oktyabrında “Mançester Yunayted”dən ayrıldıqdan sonra bu yay Xabi Alonsonun “Real Madrid”ə keçidindən sonra “Bayer Leverkuzen”in baş məşqçisi təyin olunub.
© Copyright 2025, All Rights Reserved