Teo Ernandes “Al Hilal”ın astanasında…

“Milan”ın müdafiəçisi Teo Ernandes yaxın günlərdə Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a rəsmi olaraq qoşulacaq.
90plus.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi son mərhələdədir və tərəflər artıq son detalları razılaşdırır.
Razılaşdırılan transfer məbləği təxminən 30 milyon avrodur. Ernandes yeni klubunda illik 20 milyon avro qazanacağı 3 illik müqaviləyə imza atacaq. Beləliklə, ümumi gəliri 60 milyon avro təşkil edəcək (📰: RMC Sport).
Qeyd: "Milan” Teo Ernandesin hüquqlarını 2019-cu ilin yayında “Real Madrid”dən 20 milyon avroya almışdı.
2024/25 mövsümündə fransalı futbolçu 49 oyunda meydana çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər onun Səudiyyə Ərəbistanı Premyer Liqasına yollanmazdan əvvəl “Milan” karyerasındakı əhəmiyyətli mərhələlərdən biri olub.
© Copyright 2025, All Rights Reserved