Ter Ştegen yenə klubun mövqeyinə qarşı çıxdı

Ter Ştegen “Barselona”nın mövqeyinə qarşı çıxdı.
90plus.az xəbər verir ki, “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yenidən klubun rəsmi mövqeyinə qarşı çıxıb. Almaniyalı qolkiper La Liqanın digər klublarının kapitanları ilə birlikdə İspaniya Futbolçular Assosiasiyasının birgə bəyanatını imzalayıb.
Sözügedən bəyanatda “Vilyareal” – “Barselona” matçının ABŞ-də keçirilməsi ehtimalı kəskin şəkildə tənqid olunub. Kapitanların ortaq mövqeyinə görə, La Liqanın bütün oyunları yalnız İspaniya ərazisində baş tutmalıdır.
Məsələ ilə bağlı məlumatı “RAC1” yayıb.
Daha əvvəl də klubun rəsmi mövqeyini sual altında qoyan qolkiperin kapitanlığı müvəqqəti geri alınmışdı.
© Copyright 2025, All Rights Reserved