Tiaqo Silva “Portu”dan gedir
41 yaşlı müdafiəçi Tiaqo Silva gələcəyi ilə bağlı vacib qərar verib: "Portu"dan gedir.
90plus.az xəbər verir ki, "Portu" rəsmi saytında yaydığı açıqlamada təcrübəli braziliyalı müdafiəçinin cari mövsümün sonunda azad agent kimi komandadan ayrılacağını elan edib.
Silva böyük gözləntilərlə “Portu”ya transfer olunmuş və komandaya vacib təcrübə qazandırmışdı. Lakin tərəflər bir mövsümdən sonra müqavilənin müddəti başa çatdıqda yollarını ayırmaq barədə razılığa gəliblər.
Təcrübəli futbolçu indi karyerasını başqa klubda davam etdirmək və ya peşəkar futbolçu karyerasını başa vurmaq variantlarını dəyərləndirəcək.
© Copyright 2026, All Rights Reserved