Tiaqo Silva rəsmən “Porto”da
41 yaşlı Tiaqo Silva rəsmən “Portu”da!
90plus.az xəbər verir ki, əfsanəvi braziliyalı müdafiəçi Tiaqo Silvanın “Portu”ya keçidi rəsmiləşib. Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
“Əjdahalar” 41 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Təcrübəli müdafiəçi artıq Portuya gəlib və yeni klubunda rəsmi olaraq fəaliyyətə başlayıb.
Məlumata görə, danışıqlar bir neçə həftə davam edib və Tiaqo Silva bütün proses ərzində məhz “Portu”ya keçidi prioritet seçim kimi görüb. Transfer Gol International agentliyi tərəfindən yekunlaşdırılıb. Danışıqlarda tanınmış agent Pini Zahavi və futbolçunun nümayəndəsi Paulo Tonietto iştirak edib.
Silvanın transferinin “Portu”nun həm daxili yarışlar, həm də avrokuboklar üçün müdafiə xəttini gücləndirməsi gözlənilir.
Xatırlatma: Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda çıxış edib. O, Rio təmsilçisinin heyətində 212 oyuna çıxıb, 19 qol vurub və komandanın kapitanı olub. Müdafiəçi “Fluminense” ilə 2007-ci ildə Braziliya Kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved