Tofiq Musayev: “Şübhə etməyə davam edin. Əlhəmdülillah”
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı – döyüşdən sonra tənqidçilərə cavab verdi.
90plus.az xəbər verir ki, azərbaycanlı döyüşçü Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb və döyüşdən sonra sosial şəbəkə hesabında paylaşım edərək tənqidçilərə sərt mesaj göndərib. O, xüsusilə yaşı ilə bağlı deyilən fikirlərə cavab verib:
“UFC mənlik deyil, yaşım çoxdur deyənlər var idi. Demişdim axı, yaş boş şeydir, sadəcə rəqəmdir. Sözümün üstündə də dururam.
Orolbay 6 kilo ağır yox, mənimlə eyni çəkidə olsa idi, bugün göstərdiyim performansın ikiqatını ona göstərərdim. Bossumuz Dana Vayt demişkən, çəkini verə bilməyən döyüşçü peşəkar ola bilməz. Səviyyəsi göz qabağındadır.
Biz Qafqazlıyıq və sona qədər döyüşürük. Top sıradan kimi istəyirsiniz verin, onsuz da ada baxmıram. Bu hələ başlanğıcdır. Şübhə etməyə davam edin, mən isə sübut etməyə davam edəcəyəm. Əlhəmdülillah.”
ℹ️ Tofiq ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə Çilini təmsil edən İqnasio Bahamondesi məğlub edərək təşkilatdakı debüt döyüşünü uğurla başa vurub.
Bu qələbə Musayevin peşəkar MMA karyerasında 23-cü qələbə olub.
© Copyright 2026, All Rights Reserved