Tomas Partey: 5 zorlama, 8 cinsi təcavüz ittihamı
Tomas Partey haqqında yeni ittiham irəli sürüldü.
90plus.az xəbər verir ki, 32 yaşlı qanalı sabiq “Arsenal” futbolçusu Tomas Partey ilə bağlı hüquqi proses davam edir.
BBC Sportun yaydığı məlumata görə, ötən ildən etibarən 5 zorlama və 1 cinsi təcavüz ittihamı ilə üzləşən yarımmüdafiəçiyə qarşı daha 2 əlavə zorlama ittihamı irəli sürülüb.
Yeni ittihamın 2020-ci ilə aid olduğu və ayrıca bir qadının şikayəti əsasında qaldırıldığı bildirilir.
Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Futbolçu və ya nümayəndələri tərəfindən əlavə açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved