Tomas Partey yeni komandası ilə 1 illik müqavilə imzaladı

90plus.az xəbər verir ki, İspaniyanın "Vilyareal" klubu sərbəst futbolçu statusunda olan qanalı yarımmüdafiəçi Tomas Parteylə rəsmi müqavilə imzalayıb. Klubdan verilən açıqlamaya görə, 32 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Tomas Partey peşəkar karyerası ərzində daha əvvəl "Atletiko Madrid", "Mayorka" və "Almeriya" kimi İspaniya klublarında çıxış edib. O, 2020-ci ildə İngiltərənin "Arsenal" klubuna transfer olunmuşdu. Partey London təmsilçisində ümumilikdə 167 oyunda meydana çıxaraq 9 qolun müəllifi olub.
Qeyd: Təcrübəli yarımmüdafiəçi "Arsenal"la müqaviləsinin başa çatmasından sonra azad agent kimi "Vilyareal"a keçib.
© Copyright 2025, All Rights Reserved