Toni Kroos: “Barsa”nı ÇL-dən kənarlaşdırmaq asan olar”

Toni Kroos: “Yamal, Pedri və ya Rafinya pis oynasa, ‘Barselona’ çətin durumda qala bilər”.
90plus.az xəbər verir ki, almaniyalı sabiq futbolçu Toni Kroos “Barselona”nın oyun tərzindən danışıb. Veteran yarımmüdafiəçi Kataloniya təmsilçisinin baxımlı, amma riskli futbol oynadığını bildirib.
“‘Barselona’ bəlkə də Avropada ən baxımlı oyun üslubuna malik komandadır. Amma onlar çox riskli futbol oynayırlar. Buna görə də əgər Yamal, Pedri və ya Rafinya pis günündə olarsa, Çempionlar Liqasında istənilən rəqib ‘Barselona’ya ciddi problemlər yarada və onları turnirdən kənarlaşdıra bilər,” — Kroos deyib.
Sabiq “Real Madrid” ulduzu əlavə edib ki, bu vəziyyət ötən mövsüm də müşahidə olunub:
“Ötən mövsüm bunu ‘İnter’lə yarımfinalda gördük. Bu mövsüm də eyni hal yaşana bilər. Gec-tez ‘Barselona’ bu cür rəqiblə üz-üzə gələcək.”
📰 Mənbə: Mundo Deportivo
© Copyright 2025, All Rights Reserved