Torres Hansi Flikin göz bəbəyi oldu

Ferran Torresdən güclü mesaj: Flikin etimadına qollarla və rekordla cavab verdi.
90plus.az xəbər verir ki, “Barselona”nın yay toplanışı çərçivəsində keçirilən hazırlıq oyunlarında Feran Torresin performansı diqqət çəkib. İspan hücumçu həm fiziki hazırlığı, həm də məhsuldarlığı ilə baş məşqçi Hansi Flikin ona verdiyi fürsəti maksimum dəyərləndirib.
“Mundo Deportivo”nun məlumatına görə, hazırlıq mərhələsi başlamazdan əvvəl Hansi Flik Ferran Torresa açıq mesaj verib – o, yeni mövsümdə Robert Levandovski ilə hücum xəttində rəqabət aparacaq. Ferran isə cavabını meydanda verib.
“Barselona”nın “Seul” üzərində qazandığı 7:3 hesablı qələbədə cəmi 45 dəqiqə meydanda olan Torres 2 qol vurmaqla yanaşı, fiziki hazırlığı ilə də parlamışdı. Klubdaxili məlumatlara əsasən, 24 yaşlı futbolçu yay toplanışı dövründə komandanın ən yaxşı fiziki göstəricilərinə sahib oyunçusu olub.
Bununla da bitmir. İspaniyalı jurnalist Ferran Martínezin yaydığı məlumata görə, Ferran həmin görüşdə 35.7 km/saat sürətlə qaçaraq karyerasındakı ən yüksək sürət göstəricisinə imza atıb. Bu tip göstəricilər adətən mövsümün ortasında – oyunçuların pik formada olduğu vaxtlarda qeydə alınır. Feran isə bunu hazırlıq mərhələsinin əvvəlində bacarıb.
Robert Levandovskinin karyerasının son mərhələsinə yaxınlaşdığı bir vaxtda, Flikin hücum xəttində rotasiyaya daha çox üstünlük verəcəyi gözlənilir. Ferranın yay toplanışındakı bu partlayıcı çıxışı isə onu 2024/25 mövsümündə “Barselona”nın əsas hücumçusu mövqeyi üçün real alternativə çevirib.
© Copyright 2025, All Rights Reserved