“Tottenhem” 9 nəfər qaldı, uduzdu
"Tottenhem" evdə 1-2 hesabı ilə "Liverpul"a uduzdu: Spörs 9 nəfərlə idi...
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem” evdə “Liverpul”a 1-2 hesabı ilə məğlub oldu.
Oyun 33-cü dəqiqədə Xavi Simonsun qırmızı vərəqə alması ilə gərginləşdi və “Tottenhem” azlıqda qaldı.
56-cı dəqiqədə Alexander İsak “Liverpul”u hesabda önə çıxardı. Lakin İsak qol vurduqdan cəmi 4 dəqiqə sonra zədələnərək meydanı tərk etməli oldu.
66-cı dəqiqədə Hugo Ekitike hesabı bərabərləşdirdi. Qeyd etmək lazımdır ki, Ekitike son 3 Premyer Liqa oyununda 5 qol vurub.
83-cü dəqiqədə isə Riçarlison “Liverpul”u önə keçirdi və hesabı 2-1 etdi.
Oyun bitmədən 90+3-cü dəqiqədə “Tottenhem”dən Romero da qırmızı vərəqə aldı və komanda 9 nəfərlə qaldı:
Tottenhem 1 - 2 Liverpul
A. İsak 56’
H. Ekitike 66’
Riçarlison 83’
Qollar:
https://t.me/doxsanplus/112626
https://t.me/doxsanplus/112628
ℹ️ Bu nəticədən sonra “Liverpul” 5-ci sıradadır, “Tottenhem” isə 13-cü pilləyə gerilədi.
© Copyright 2026, All Rights Reserved