“Tottenhem” Endi Robertsonla əl sıxışıb
“Tottenhem” Endi Robertsonla razılığa gəldi — transfer yaxındır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem Hotspur" sol cinah müdafiəçisi Endi Robertsonun transferi ilə bağlı şifahi razılıq əldə edib - F. Romano
Məlumata görə, tərəflər arasında ilkin anlaşma tam formalaşıb və müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.
Buna baxmayaraq, İtaliya nəhəngi "Yuventus" futbolçunu transfer etmək üçün prosesə müdaxilə etməyə çalışsa da, bu cəhdin nəticəsiz qalacağı bildirilir.
Endi Robertson uzun müddətdir “Tottenhem”in gündəmində idi. Klub onu ötən ilin yanvar transfer pəncərəsində də transfer etmək istəmişdi və hazırda yenidən əsas hədəflərdən biridir.
Baş məşqçi Roberto De Zerbi də sol cinah üçün təcrübəli müdafiəçinin heyətə qatılmasını dəstəkləyən isimlərdən biri kimi göstərilir.
Məlumata görə, tərəflər arasında bütün əsas detallar razılaşdırılıb və rəsmi imzaların yaxın zamanda atılması gözlənilir.
© Copyright 2026, All Rights Reserved