"Tottenhem" kapitanı ilə müqavilə uzatdı

"Tottenhem" kapitanı Kriştian Romero ilə yeni müqavilə imzaladı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Tottenhem", komandanın kapitanı Kriştian Romero ilə 4 illik yeni müqavilə imzaladığını açıqlayıb. Yeni razılaşmaya əsasən, argentinalı müdafiəçi 2029-cu ilə qədər "Tottenhem" klubunda çıxış edəcək.
Bu yay "Atletiko Madrid"in transfer etmək istədiyi 27 yaşlı stoper, təklifi rədd edərək İngiltərə klubunda qalmağa qərar verib.
Qeyd: Kriştian Romero komandada baş məşqçi Tomas Frank tərəfindən kapitanlığa gətirilib. Təcrübəli futbolçu bu günə qədər "Tottenhem" forması ilə 126 oyuna çıxıb və 8 qol vurub.
© Copyright 2025, All Rights Reserved