"Tottenhem" London klubunun hücumçusunu heyətinə qatdı

“Tottenhem” “Vest Hem”dən Mohammed Kudusu transfer etdi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının “böyük altılığından” biri olan “Tottenhem Hotspur” yay transfer pəncərəsində 5-ci transferini gerçəkləşdirib. “Göy-ağlar” “Vest Hem Yunayted” klubunun qanalı yarımmüdafiəçisi Mohammed Kudusu heyətinə cəlb edib.
Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb. Kudus “Tottenhem”də 20 nömrəli forma ilə çıxış edəcək. Transferin maliyyə detalları da açıqlanıb. “Tottenhem” bu keçid üçün “Vest Hem”ə 64 milyon avro məbləğində təzminat (bonservis) ödəyəcək.
© Copyright 2025, All Rights Reserved