“Tottenhem” Mohammed Kudusa görə razılıq alıb

“Tottenhem” “Vest Hem”lə qanalı yarımmüdafiəçi Mohammed Kudusun transferi üçün 55 milyon funt-sterlinq məbləğində razılıq əldə edib.
90plus.az xəbər verir ki, Qana millisinin üzvü indi tibbi müayinədən keçəcək və uzunmüddətli müqavilə imzalayacaq. BBC Sport şənbə günü xəbər vermişdi ki, “Vest Hem” ilk 50 milyon funtluq təklifi rədd edib, amma indi razılaşma əldə olunub.
Kudusun müqaviləsində 85 milyon funtluq sərbəstqalma maddəsi var. O, 2023-cü ildə “Ayaks”dan 38 milyon funta “Vest Hem”ə keçmişdi. İngiltərə Premyer Liqasında London klubunun heyətində 65 oyunda iştirak edərək 13 qol vurub, 9 assist edib.
Son həftələrdə ən azı altı TOP-klub Kudusla maraqlanıb, amma BBC Sport-un mənbələrinə görə, 24 yaşlı futbolçu prioritetini məhz “Tottenhem”ə keçid kimi müəyyənləşdirib.
Bu arada, “Tottenhem” “Brentford”un hücumçusu Yoane Vissa ilə də maraqlanır.
BBC Sport-un jurnalisti bildirib ki, ötən mövsümün sonunda Denni Mörfi ilə söhbətində “Liverpul”un yay transferində hədəfə almalı olduğu adlardan biri kimi məhz Kudusun adını çəkib. Kudus son mövsümdə əvvəlki qədər parlaq çıxış etməsə də, “Ayaks”dan 38 milyon funta gəldiyi 2023/24 mövsümündəki təsirli performansı ilə hələ də diqqət mərkəzindədir.
Son mövsümdə Kudus cəmi beş qol vurub, halbuki ondan əvvəlki mövsümdə bu göstərici 14 idi. O, yanvar ayında baş məşqçi postuna gələn Qraham Potterin sistemində, əsasən cinah yarımmüdafiəçilərinə yox, vinq-beklərə üstünlük verdiyi üçün tam effektli ola bilməyib.
Potter onu tez-tez mərkəzdə hücumçu kimi oynadıb, halbuki Kudusun əsas mövqeyi sağ cinahdır — amma “Vest Hem”də həmin mövqedə kapitan Carrod Bouen oynadığı üçün Kudus ora keçə bilməyib.
© Copyright 2025, All Rights Reserved