"Tottenhem" onu İngiltərəyə qaytardı - RƏSMİ
İngiltərənin "Tottenhem" klubu baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, London təmsilçisi İqor Tudorla yollarını ayırdıqdan sonra komandanın sükanı arxasına Roberto De Zerbi gətirilib.
İtaliyalı mütəxəssis imza mərasimində çıxış edərək yeni komandasında böyük hədəflərinin olduğunu bildirib:
“Dünyanın ən böyük və nüfuzlu klublarından biri olan bu möhtəşəm futbol klubuna qoşulduğum üçün çox xoşbəxtəm. Rəhbərliklə apardığımız bütün danışıqlarda gələcək planların nə qədər aydın olduğu hiss olunurdu. Məqsədimiz böyük uğurlar qazanacaq komanda qurmaq və bunu azarkeşləri həyəcanlandıran futbol ilə etməkdir.”
De Zerbi qısa müddətli planlardan da danışıb:
“İlk hədəfimiz Premyer Liqada üst pillələrə yüksəlməkdir. Mövsümün sonuna qədər bütün diqqətimizi buna yönəldəcəyik. Futbolçularla işləmək üçün səbirsizlənirəm.”
Məlumata görə, italiyalı çalışdırıcı ilə "Tottenhem" arasında 5 illik müqavilə imzalanıb.
46 yaşlı mütəxəssis son olaraq Fransanın "Marsel" klubunu çalışdırıb və burada keçirdiyi 69 oyunda orta hesabla 1.81 xal toplayıb.
Qeyd: De Zerbi bundan əvvəl "Brayton"da işləmişdi.
© Copyright 2026, All Rights Reserved