“Tottenhem” qəribə avtoqolla uddu

“Tottenhem” Çempionlar Liqasının 2025/26 mövsümündə ilk oyununda “Vilyarreal” üzərində qeyri-adi avtoqol sayəsində qələbə qazandı.
90plus.az xəbər verir ki, matçda qapıya dəqiq yönəlmiş cəmi bir zərbə qeydə alındı.
Oyunun startında tərəflər hələ ritm tapmamış “Tottenhem” möcüzəvi şəkildə hesabı açdı – “Vilyarreal”ın qapıçısı Luiz Junior cəmi 4-cü dəqiqədə Lukas Berqvallın ötürməsini gözlənilmədən öz qapısına yönəltdi.
Qonaqlar oyuna hədiyyə ilə başlasa da, London təmsilçisi ilk hissədə üstünlüyünü artıra bilmədi. Ən real qol şansı isə “Vilyarreal”ın futbolçusu Tajon Bukanana məxsus oldu, lakin o, qapıçı Vikariyo ilə təkbətək epizodda topu hədəfdən kənara vurdu.
İkinci hissədə hər iki tərəf topa nəzarət uğrunda mübarizə aparsa da, oyunun tempini ələ alan tərəf olmadı. “Tottenhem” bir neçə dəfə səhvlərlə topu itirsə də, “Vilyarreal” bundan yararlana bilmədi.
Matçın son dəqiqələrində qonaqların təzyiqinə baxmayaraq, London klubu müdafiədə səbrlə dayandı və qapısını toxunulmaz saxlayaraq vacib qələbəni rəsmiləşdirdi.
Tottenhem 1-0 Vilyareal
Luiz 3' (öz qapısına)
Qol: https://t.me/doxsanplus/107742
© Copyright 2025, All Rights Reserved