“Tottenhem” yapon ulduzu elan etdi

“Tottenhem” Yaponiya millisinin müdafiəçisi Kota Takaini transfer edib.
90plus.az xəbər verir ki, London klubu “Kavasaki Frontale”dən 20 yaşlı futbolçunu 5 milyon funt-sterlinqə heyətinə qatıb. Takai ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq beşillik müqavilə imzalanıb və o, Tomas Frankın əsas komandasında yer alacaq.
Kota Takai Yaponiyanın əsas milli komandasında 4 oyun keçirib və ilk dəfə ötən ilin sentyabrında Çinlə dünya çempionatının seçmə matçında debüt edib.
Gənc müdafiəçi 2024-cü ildə “Kavasaki Frontale”nin Yaponiyada Superkuboku qazanmasında mühüm rol oynayıb və həmin il ölkənin ən yaxşı gənc futbolçusu seçilib.Takai bu yay “Tottenhem”in üçüncü transferidir — daha əvvəl müdafiəçi Kevin Danso və hücumçu Matis Tel-in icarə müqavilələri daimi transferə çevrilmişdi.
© Copyright 2025, All Rights Reserved