“Tottenhem” yenə uduzdu, vəziyyət pisdir
“Sanderlend” “Tottenhem”i məğlub etdi, “Spörs” böhranda qalır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 32-ci turunda “Sanderlend” evdə “Tottenhem”i minimal hesabla məğlub edərək turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Spörs” isə böhrandan çıxa bilmir və 18-ci yerdə qalmaqda davam edir.
Sanderlend 1 - 0 Tottenhem
N. Mukiele 61’
Matç “Tottenhsm” üçün daha bir ciddi itki ilə yadda qalıb. Kristian Romero zədə səbəbindən oyunu yarımçıq tərk edib və əvəzlənərkən göz yaşlarını saxlaya bilməyib.
Komandanın yeni baş məşqçisi Roberto De Zerbi üçün isə vəziyyət daha da çətinləşir. Onun “Tottenhem”dəki ilk oyunu məğlubiyyətlə başa çatıb və komanda hazırda Premyer Liqanın aşağı üçlüyündə qərarlaşıb.
Ən narahatedici məqam isə odur ki, “Tottenhem” 2026-cı ildə hələ Premyer Liqada qələbə qazana bilməyib. Komandanın liqada qalmaq üçün cəmi 6 oyunu qalıb və vəziyyət getdikcə daha da ağırlaşır.
İngiltərə Premyer Liqasında mübarizə qızışdığı bir vaxtda “Sanderlend” yüksəlişini davam etdirir, “Spörs” isə ciddi təhlükə zonasında qalmağa davam edir.
© Copyright 2026, All Rights Reserved