"Tottenhem" Ange Postekoqlu ilə ayrıldı

İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada bu qərarın komandanın ümumi performansının dəyərləndirilməsindən sonra verildiyi bildirilib.
Yunan əsilli avstraliyalı mütəxəssis 2023-cü ilin iyun ayında "Tottenhem"in başına keçmişdi. O, bundan əvvəl "Brisben Roar", "Melburn Viktori", Avstraliya milli komandası, "Yokohama F. Marinos" və "Seltik" kimi klublarda çalışmışdı.
Ange Postekoqlunun rəhbərliyi altında "Tottenhem" UEFA Avropa Liqasının qalibi olsa da, Premyer Liqada gözləntiləri doğrulda bilmədi. London təmsilçisi çempionatı cəmi 38 xalla 17-ci pillədə başa vuraraq, yalnız düşmə xəttindən bir pillə yuxarıda mövsümü tamamladı.
Bu nəticələrdən sonra klub rəhbərliyi dəyişiklik qərarı verib və Postekoqlu ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.
© Copyright 2025, All Rights Reserved