"Tottenhem"də baş məşqçi ilə bağlı qərar
“Tottenhem”də Iqor Tudor üçün böhran davam edir.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının paytaxt klubu “Tottenhem”də baş məşqçi Iqor Tudor üçün vəziyyət kritik həddə çatıb. Fevral ayı ortasında komanda ilə müqavilə imzalayan 47 yaşlı mütəxəssis başçılıq etdiyi ilk 3 oyunda 3 məğlubiyyət alıb və bu, rəhbərliyin narazılığını artırıb.
"Telegraph"ın məlumatına görə, “Tottenhem” rəhbərliyi yenidən baş məşqçini dəyişmək barədə ciddi düşünür. Tudorun taleyi isə gələn həftə Çempionlar Liqasında İspaniyada “Atletiko Madrid”ə qarşı keçiriləcək oyunun nəticəsinə bağlı olacaq. Əgər nəticə mənfi olsa, onun vəzifəsindən azad edilmə ehtimalı yüksəkdir.
İngilis mənbələrinə görə, “Tottenhem”in gündəmində Tudorun yerinə Roberto De Zerbinin gətirilməsi fikri də müzakirə olunur. Komanda hazırda Premyer Liqada çətin vəziyyətdədir və rəhbərlik təcili tədbirlər görmək istəyir.
© Copyright 2026, All Rights Reserved