"Tottenhem"də danimarkalı məşqçi dövrü başladı

Tomas Frank "Tottenhem"in yeni baş məşqçisi olub.
90plus.az xəbər verir ki, London təmsilçisi danimarkalı mütəxəssis Tomas Frankın baş məşqçi postuna gətirildiyini rəsmi şəkildə açıqlayıb. Onunla 2028-ci ilə qədər müqavilə imzalanıb.
Mediada yayılan xəbərlərə əsasən, "Tottenhem" Frankın transferi üçün "Brentford"a 10 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd: Ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu klubdan ayrılmışdı.
© Copyright 2025, All Rights Reserved