"Tottenhem"də şok! Randal Kolo Muani avtoqəza elədi - FOTO
Mövsümün əvvəlində PSJ klubundan "Tottenhem"ə icarəyə verilən Randal Kolo Muani "Ayntraxt Frankfurt" ilə oynayacaqları Çempionlar Liqası matçı öncəsi avtoqəza elədi.
90plus.az xəbər verir ki, hər şey 27 yaşındakı forvardın komandasının "Ayntraxt Frankfurt" ilə keçirəcəyi qarşılaşma öncəsi "Stansted Havalimanı"na gedərkən baş verdi. 4-cü gün məşqini tamamlayan Kolo Muaninin avtomobilinin təkəri partladı və bu, onu bariyerlərə çarpmağa səbəb oldu. Şanslıdır ki, Fransız ulduz qəzadan yara almadan sağ çıxdı.
"Tottenhem"in digər futbolçusu Uilson Odobert, Kolo Muaninin yaşadığı hadisəni gördükdən sonra dərhal onun yanına gedərək yardımına çatdı.
"Tottenhem"in baş məşqçisi Tomas Frenk məsələyə münasibət bildirərək, “Hər ikisi də yaxşıdır. Təəssüf ki, kiçik bir qəza baş verdi. Qəzaya qarışan digər hər kəs də sağlamdır. Təkərpartladı, buna görə də hər ikisi bir az gecikdilər” dedi.
© Copyright 2026, All Rights Reserved